Prezident iki nəfəri təltif edib - Sərəncam
Tarix: 20-07-2017 17:11 | Bölmə: Gündəm / Xəbərlər


Prezident İlham Əliyev Ağalar Vəliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Əvəz Ələkbərova Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar müəllim” fəxri adı verib.

Qeyd edək ki, Ə.Ələkbərov vaxtilə Azərbaycanın maliyyə naziri olub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}