16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Azərsu”ya üç milyon manat ayrılıb - Sərəncam
Tarix: 15-08-2017 18:23 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Bakının "Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Reyting.az xəbər verir ki, Bakı şəhərinin "Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihəsinin icrasını təmin etmək məqsədilə belə qərar verilib:

1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}