16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident 10 nəfəri təltif edib Siyahı
Tarix: 28-09-2017 09:48 | Bölmə: Gündəm
Prezident 10 nəfəri təltif edib

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abasova Aygün Elşad qızıSəlimov Yalçın Ramiz oğlu "Tərəqqi” medalı ilə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüblər.

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi” fəxri adlar verilib:

Əfəndiyev Toğrul Rasim oğlu

Əsədova Xədicə Vəli qızı

Həbibova Sevda Nürəddin qızı

Məlikova Əminə Zakir qızı

Nuriyeva Mehriban Qulam qızı.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}