16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - Foto
Tarix: 09-10-2017 13:25 | Bölmə: Gündəm
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Reyting.az xəbər verir ki, dövlət başçısı iclasda bir sıra məsələrdən danışaraq, yekun nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb.

İ.Əliyev qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib.

Onu da qeyd edək ki, iclasda təhsil naziri Mikayıl Cabbarov, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli də məruzələrlə çıxış ediblər.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}