16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
Deputatlar IX Zirvə görüşündə iştiraka xüsusi önəm verirlər
Tarix: 21-10-2017 15:07 | Bölmə: Gündəm
Deputatlar IX Zirvə görüşündə iştiraka xüsusi önəm verirlər

İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan prezidentinin IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın dünyadakı nüfuzun göstəricisidir.

Reyting.az-ın SİA-ya istinadla verdiyi xəbərə görə, A.Badamov bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir.

Deputatlar IX Zirvə görüşündə iştiraka xüsusi önəm verirlər

A.Badamovun sözlərinə görə, İ.Əliyevin IX Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də orada iştirak edən digər ölkələr üçün böyük əhəmiyyəti var. Onun fikrincə, Azərbaycan prezidentinin sözügedən görüşdə iştirakı və Türkiyə prezidenti ilə bir yerdə olması bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var:

“Ümumiyyətlə, hər bir beynəlxalq təşkilatda Türkiyə ilə Azərbaycan bir yerdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz. Azərbaycan aktiv bir faktor olaraq belə görüşlərə tez-tez dəvət olunur”.

G20 sammitində də Azərbaycanın iştirak etdiyini xatırladan Milli Məclis üzvü qeyd edib ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak ölkəmizin beynəlxalq siyasətdə özünəməxsus rola malik bir dövlət olduğunu göstərir:

“Bu kimi təşkilatlarda təmsil olunmaq bizim üçün də əhəmiyyətlidir. Çünki belə təşkilatlar Azərbaycan üçün öz siyasətini, problemlərini dilə gətirməyə böyük bir platformadır. Buradan cənab prezident bir daha dünya ölkələrinə səsləndi ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və haqq-ədalət qələbə çalmalıdır”.

Deputatlar IX Zirvə görüşündə iştiraka xüsusi önəm verirlər

Millət vəkili Rövşən Rzayev isə deyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr hər iki tərəf üçün çox vacib və önəmlidir: “Hər iki ölkə bir-birinə qardaşdır. Hər zaman olduğu kimi bir yerdə bütün məsələlərdə həmrəydirlər”.

R.Rzayevin sözlərinə görə, IX Zirvə görüşü zamanı İ.Əliyevin çıxışına diqqətlə qulaq asdıqda bir daha görürsən ki, Azərbaycan həqiqətən də dünyaya açıq dövlətdir.

Millət vəkili bildirib ki, hər zaman olduğu kimi bu səfərdə də dövlət başçısı İlham Əliyev Azərbaycanın ən vacib və böyük problemi olan ərazi bütövlüyü ilə bağlı ölkəmizin mövqeyini səsləndirib:

“Düşünürəm ki, bu məsələ istiqamətində də həm IX Zirvə görüşünün iştirakçıları, həm də digər dövlətlər Azərbaycanın mövqeyinə diqqətlə yanaşmalı və ədalətli mövqedən çıxış etməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-10-2018, 12:32 Prezident Lənkərana gedib