17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu gün İlham Əliyev "Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək
Tarix: 24-11-2017 08:49 | Bölmə: Gündəm
Bu gün İlham Əliyev "Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” sammiti başlayır.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbulu gözlənilir.

Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Qeyd edək ki, 2009-cu ildə yaradılmış "Şərq Tərəfdaşlığı” Proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}