İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı sərəncam verib
Tarix: 08-12-2017 13:48 | Bölmə: Gündəm
İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı sərəncam verib

"Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Reyting.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramının həyata keçirilməsini Azərbaycanın dövlət büdcəsində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində təmin etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər