Avropa İttifaqı ilə ticarət və investisiya danışıqları ləngiyir - Nazir müavini
Tarix: 12-12-2017 11:39 | Bölmə: Gündəm
Avropa İttifaqı ilə ticarət və investisiya danışıqları ləngiyir

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olma məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun".

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, Avropa İttifaqı ilə danışıqlarda sektoral və siyasət blokunda irəliləyiş olsa da, ticarət və investisiya sahəsi üzrə danışıqlarda ləngimə müşahidə olunur.

"Bu, Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlı ola bilər. Onlar hər bir maddəyə ÜTT-ni daxil edirlər", - deyə o vurğulayıb.(APA)




Bölməyə aid digər xəbərlər