İlham Əliyev koreyalı həmkarına məktub göndərib
Tarix: 27-01-2018 15:01 | Bölmə: Gündəm
İlham Əliyev koreyalı həmkarına məktub göndərib

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.

Reyting.az-ın xəbərinə görə, dövlət başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}