Məmurlar dövlət başçısına hesabat verib - Konfrans
Tarix: 29-01-2018 12:53 | Bölmə: Gündəm
Məmurlar dövlət başçısına hesabat verib

Bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.

Sonra Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı "Nəqşicahan Holdinq” şirkətlər qrupunun "Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı "Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}