14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayır - Sərəncam
Tarix: 05-02-2018 13:27 | Bölmə: Gündəm
Azərbaycanda növbədənkənar prezident seçkiləri başlayır

Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}