14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanla Böyük Britaniyanın hərbi əməkdaşlıq planı təsdiqlənib
Tarix: 17-02-2018 13:39 | Bölmə: Gündəm
Azərbaycanla Böyük Britaniyanın hərbi əməkdaşlıq planı təsdiqlənib

London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.


Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}