İlham Əliyev İran xalqına başsağlığı verib
Tarix: 18-02-2018 14:29 | Bölmə: Gündəm
İlham Əliyev İran xalqına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}