İlham Əliyev Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib - Fotolar
Tarix: 26-02-2018 12:03 | Bölmə: Gündəm
İlham Əliyev Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev və Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

İ. Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri və digər şəxslər iştirak ediblər.

İlham Əliyev Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib
İlham Əliyev Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib
İlham Əliyev Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}