16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev maaş artımları ilə bağlı sərəncamlar imzalayıb
Tarix: 07-03-2018 18:52 | Bölmə: Gündəm
İlham Əliyev maaş artımları ilə bağlı sərəncamlar imzalayıb

Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}