YAP Gəncədə seçicilərlə görüş keçirib - Fotolar
Tarix: 04-04-2018 18:44 | Bölmə: Gündəm
YAP Gəncədə seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi partiyanın sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.


YAP-ın məlumatına görə, Gəncə şəhər təşkilatının qərargahında keçirilən növbəti görüşdə Gəncənin qadın seçiciləri iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, deputat Pərvin Kərimzadə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinə partiya tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin siyasi fəaliyyətindən ətraflı bəhs edib. Millət vəkili Gəncənin qadın seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Gəncə qadınları adından çıxış edən Aidə Həsənova, Mehriban Məmmədova, Elnarə Mahmudova, Ulduz Babayeva, Afaq Qasımova, Mainə Hüseynova qadınların Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında rolundan danışıb, əminliklə bildiriblər ki, Gəncə seçiciləri yekdilliklə 11 aprel seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Sonda YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün Gəncə seçicilərini “İlhamla irəli” səsləyərək, 11 aprel Prezident seçkilərində YAP namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış edib.

YAP Gəncədə seçicilərlə görüş keçiribYAP Gəncədə seçicilərlə görüş keçirib
YAP Gəncədə seçicilərlə görüş keçirib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}