İlham Əliyev Ramiz Mehdiyevi təltif edib - Foto
Tarix: 16-04-2018 13:16 | Bölmə: Gündəm
İlham Əliyev Ramiz Mehdiyevi təltif edib

Prezident İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib. İ. Əliyev R. Mehdiyevi Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edib.

Rş Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

Qeyd edək ki, sabah R. Mehdiyevin 80 illik yubileyidir.

İlham Əliyev Ramiz Mehdiyevi təltif edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}