Rusiya kəşfiyyatının rəhbəri Bakıya gəlib - Yenilənib
Tarix: 24-04-2018 09:30 | Bölmə: Gündəm
Rusiya kəşfiyyatının rəhbəri Bakıya gəlib

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycana səfər edib.

Reyting.az-ın xəbərinə görə, Sergey Narışkin bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Tərəflər arasında bir sıra məsələlərlə bağlı müzakirələrin aparıldığı bildirilir.
==
Söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirəyə çıxarılıb.

Sergey Narışkin Rusiya prezidenti Vladimir Putinin salamlarını İlham Əliyevə çatdırıb. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd edib ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}