07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ramiz Mehdiyev: “Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”
Tarix: 24-04-2018 17:07 | Bölmə: Gündəm
Ramiz Mehdiyev: “Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

“Miqrasiya Xidməti respublikanın qapısıdır, bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.

Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib.

Ramiz Mehdiyev ölkə başçısının Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu və bunların tezliklə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

"Cənab Prezident hesab edir ki, Miqrasiya Xidmətində təmizlik, aşkarlıq, şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah bu məsələlər yenə baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun. Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O şəffaf işləməlidir. Ölkəyə, dövlətə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, belə qurum Azərbaycan üçün lazımsızdır".

Yeni təyin olunan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Prezidentin ona göstərdiyi etimadı doğruldacağına söz verib.

"Sizi də, dövlətimizin rəhbərliyini də əmin etmək istəyirəm ki, bütün vasitələrdən istifadə edərək bu qurumda şəffaflığın, məsuliyyətli yanaşmanın, vətəndaş məmnunluğunun təmin olunması üçün bütün tədbirlər görüləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}