Angela Merkel İlham Əliyevi təbrik edib
Tarix: 26-04-2018 13:14 | Bölmə: Gündəm
Angela Merkel İlham Əliyevi təbrik edib

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}