23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İlham Əliyevə ali mükafat verilib - Foto
Tarix: 29-04-2018 09:48 | Bölmə: Gündəm
İlham Əliyevə ali mükafat verilib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Nenad Laloviç İlham Əliyevi Prezident seçkilərində növbəti qələbəsi münasibətilə təbrik edib.

N. Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən N. Laloviç 2015-ci ildə Birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini deyib. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.

Dövlət başçısı İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Prezident Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını deyib, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd edib.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Ordeni” dövlətimizin başçısına təqdim edib.

Dövlət başçısı mükafata görə minnətdarlığını bildirib.

İlham Əliyevə ali mükafat verilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}