Prezident məktəblərin təmir və tikintisinə 40 milyon manat ayırıb - Siyahı
Tarix: 23-05-2018 18:38 | Bölmə: Gündəm
Prezident məktəblərin təmir və tikintisinə 40 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Vəsaitin hansı mətəbə və nə qədər ayrılmasına gəlincə, bu, aşğdakı kimidir:

1) Binəqədi rayonu

Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşasına - 4 377 000

Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsinə - 1 768 000 manat.

2) Qaradağ rayonu

Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmirinə - 3 858 000 manat.

3) Nərimanov rayonu

Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsinə - 5 170 000 manat.

4) Sabunçu rayonu

Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsinə -3 084 000

Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi - 5 799 000

Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsinə -3 600 000

Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsinə - 2 480 000

Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmirinə - 4 660 000.

Suraxanı rayonu

Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsinə - 5 204 000 manat.

Ayrılan vəsaitin ümumi məbləği 40 000 000 manatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}