17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlham Əliyevin də qatıldığı sammit “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı – Fotolar
Tarix: 14-04-2016 13:29 | Bölmə: Gündəm


Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Sammit "Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

"Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən Zirvə toplantısında Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukrinin hesabat məruzəsi dinlənilib.

Sonra Sammitdə İslam Əməkdaşlıq Təşkilatına sədrlik Misirdən Türkiyəyə keçib.

Zirvə toplantısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə işini davam etdirir.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}