16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Birinci vitse-prezidentin işçilərinin sayı artırılıb
Tarix: 27-06-2018 18:07 | Bölmə: Gündəm
Birinci vitse-prezidentin işçilərinin sayı artırılıb

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Bu, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}