Ölkə ərazisində işlər dayandırıla bilər - Sərəncam
Tarix: 04-07-2018 18:26 | Bölmə: Gündəm
Ölkə ərazisində işlər dayandırıla bilər

Ölkə ərazisində havaların kəskin isti keçməsi ilə əlaqədar Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}