Ərdoğanın Bakı səfəri başa çatıb
Tarix: 10-07-2018 19:31 | Bölmə: Gündəm
Ərdoğanın Bakı səfəri başa çatıb

Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanı Zagulbadakı iqamətgahında qarşılayıb.


İlk qarşılaşma liderlərin maraqlı dialoqu ilə diqqət çəkib. Belə ki, Türkiyə prezidentinə "hava çox istidir”,- deyə sual edən Əliyevə Ərdoğan "temperatur 40 dərəcəni keçdimi”,- deyərək sualla qarşılıq verib.

Rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək və geniş tərkibli görüşlər keçirmək üçün iqamətgaha yollanıblar.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

R. T. Ərdoğanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}