13:33 / 26-09-2018
Soyuqdan donub öldü - Foto
Prezident şəhid polkovnikləri təltif edib - Sərəncam
Tarix: 14-07-2018 13:35 | Bölmə: Gündəm
Prezident şəhid polkovnikləri təltif edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları "Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).

Reyting.az




Bölməyə aid digər xəbərlər