İlham Əliyevin İtaliya prezidenti ilə təkbətək görüşü olub
Tarix: 18-07-2018 11:14 | Bölmə: Gündəm
İlham Əliyevin İtaliya prezidenti ilə təkbətək görüşü olub

Azərbaycana rəsmi səfərə gələn İtaliya prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb.

Prezident İlham Əliyev və prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-10-2018, 12:32 Prezident Lənkərana gedib