Azərbaycanda yeni dövlət qurumu yaradılacaq
Tarix: 14-08-2018 18:11 | Bölmə: Gündəm
Azərbaycanda yeni dövlət qurumu yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.

Reyting.az
saytının xəbərinə görə, bu barədə mia.az-a nazirlikdən məlumat verilib. Bildirilir ki, yeni yaradılacaq Fondun Əsasnamə layihəsi nazirlik tərəfindən hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.

Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək. Müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin təbliği və s. Fondun fəaliyyət istiqamətləri sırasında olacaq.

Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin Fərmanına əsasən Dövlət Əməyin Mühafizəsi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}