Hərbi qulluqçulara ali rütbələr verilib - Sərəncam
Tarix: 16-08-2018 16:25 | Bölmə: Gündəm
Hərbi qulluqçulara ali rütbələr verilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” hərbi rütbəsi


general-mayor Əsgər Sabir oğlu Xəlilova

general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova

polkovnik Ayaz Əvəz oğlu Hüseynova

polkovnik Rəsul Afiq oğlu Tağıyevə.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}