Prezident İlham Əliyev metroda – Fotolar
Tarix: 19-04-2016 14:24 | Bölmə: Gündəm

 

Prezident İlham Əliyev bu gün BakıMetropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.

Reyting.az Azərtac-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib.

Dövlət başçısı "Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib vəburada yaradılanşəraitlə yaxından tanış olub. Sonra İlham Əliyev qatarla "Avtovağzal” stansiyasından "Memar Əcəmi” stansiyasına gəlib.

Prezidentəməlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətləyerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir.

"Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrəyaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var.

Hər iki stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhərəhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəişlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib

 










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}