16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan və Ermənistan nazirlərinin görüşü planlaşdırılıb
Tarix: 31-08-2018 16:10 | Bölmə: Gündəm
Azərbaycan və Ermənistan nazirlərinin görüşü planlaşdırılıb

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur:

"Sessiya sentyabr ayında Nyu-Yorkda keçiriləcək. Nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}