Rövnəq Abdullayev SOCAR-ın yeni vitse-prezidentlərini təqdim etdi - Siyahı
Tarix: 19-04-2016 20:42 | Bölmə: Gündəm


Bu gün SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdimolunma mərasimi keçirilib.

Reyting.az xəbər verir ki, təqdimatda şrkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixdə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident;

neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə;

geologiya və geofizika məsələləri üzrə;

yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.

R.Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunublar.

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışaraq, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulayıb. O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}