12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
İlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb - Fotolar
Tarix: 06-09-2018 14:16 | Bölmə: Gündəm
İlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb

Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

Reyting.az
AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra İlham Əliyevin xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

İ. Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sentyabrın 6-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

İlham Əliyev Xorvatiya prezidenti ilə görüşübİlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb
İlham Əliyev Xorvatiya prezidenti ilə görüşübİlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb




Bölməyə aid digər xəbərlər