23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Prezident 8 nəfəri təltif edib - Siyahı
Tarix: 15-09-2018 01:44 | Bölmə: Gündəm
 Prezident 8 nəfəri təltif edib

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsin:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilsin:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.

Reyting.az




Bölməyə aid digər xəbərlər