FİFA heç-heçəni penaltilər seriyası ilə əvəzləməyə hazırlaşır
Tarix: 26-09-2018 22:31 | Bölmə: İdman
FİFA heç-heçəni penaltilər seriyası ilə əvəzləməyə hazırlaşır

FİFA futbol üzrə dünya çempionatının qrup mərhələsində onbirmetrlik seriyası tətbiqini nəzərdən keçirir.

Reyting.az
bildirir ki, bu turnirin final mərhələsi iştirakçılarının sayını 32-dən 48-ə qədər genişləndirmək mümkünlüyü ilə bağlıdır.

Bu halda hər birində 3 komanda olmaqla 16 qrupa bölünəcək, pley-offa birinci və ikinci yerləri tutanlar çıxacaq. Əgər bu baş verərsə, qrup mərhələsinin sonuncu turunda qarşılaşacaq komandaları heç-heçə qane edəcək.

FİFA bu səbəbdən qrup mərhələsində penaltilər seriyasının tətbiqinin mümkünlüyünə baxır. Bu qayda tətbiq olunarsa, komandalar əvvəlki kimi heç-heçəyə görə bir xal alacaq, daha bir xal oyundan sonrakı 11 metrlik zərbələr hesabına qazanılacaq.

Xatırladaq ki, növbəti dünya çempionatı Qətərdə keçiriləcək. 2026-cı il mundialını isə 3 ölkə - ABŞ, Meksika və Kanada qəbul edəcək. Məhz burada ilk dəfə 48 milli komanda iştirak edəcək.

UEFA bu genişləndirmə ilə 16 yerlik kvota alacaq (Dünya çempionatı-2018-13+1), Afrika (CAF) – 9,5 (5), Asiya (AFC) – 8,5 (4,5), Cənubi Amerika (KONMEBOL) – 6,5 (4,5), Şimali və Mərkəzi Amerika (KONKAKAF) – 6,5 (3,5), Okeaniya (OFC) – 1 (0,5).

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}