“Monako”nun baş məşqçisi istefaya göndərildi
Tarix: 11-10-2018 16:15 | Bölmə: İdman
“Monako”nun baş məşqçisi istefaya göndərildi

“Monako” futbol klubunun rəhbərliyi vəziyyətin düzəlməsini gözləmədi və baş məşqçi Leonardu Jadimi istefaya göndərdi.

Reyting.az bildirir ki, bir neçə uğurlu mövsümdən sonra əsl dəhşət yaşanıb.

Monako klubu bütün turnirlərdə yalnız bir oyunda qalib gəlib.

“Monako” son 11 qarşılaşmanın 7-də məğlub olub, 3 dəfə heç-heçə oynayıb.

Komanda ölkə çempionatında 20 komanda arasında 18-cı sıradadır.

Jardim 4 il müddətində komandada böyük uğurlara nail ola bilmişdi. 2016/2017-ci il mövsümündə “Monako” Fransa çempionu titulunu qazanıb, sonra Çempionlar liqasının yarımfinalına qədər irəliləmişdi.

Klubun baş məşqçi postuna əsas namizədlərdən biri “Lester”lə sesnsasiyalı şəkildə İngiltərə çempionu olan italiyalı Klaudio Ranyeri və əfsanəvi fransalı Tyerri Anridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}