11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
"Barselona" Messini pulsuz buraxmağa hazırdır
Tarix: 13-10-2018 16:10 | Bölmə: İdman / Xəbərlər
"Barselona" Messini pulsuz buraxmağa hazırdır

“Barselona” argentinalı hücumçu və komandanın kapitanı Lionel Messinin müqaviləsini uzatmaq niyyətindədir.

Reyting.az bildirir ki, “Mundo Deportivo” qəzetinin məlumatına görə, 31 yaşlı Messinin qüvvədə olan müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

“Barselona” razılaşmanı 2022, ola bilsin ki, 2023-cü ilədək uzatmaq istəyir.

Komandanın rəhbərliyi artıq bu istiqamətdə iş aparır. Məlumata görə, razılaşma gələcək mövsümdən tez olmayaraq imzalanacaq.

Messinin indiki müqaviləsində onun 700 milyon avro müqabilində butraxılması nəzərdə tutulur.

Futbolçunun yeni müqaviləsindəki bəndə görə argentinalı 2020-ci ildə pulsuz digər komandaya gedə bilər, lakin bu, Avropanın top-klublarından biri olmamalıdır.

Messi “Barselona”da 2004-cü ildən çıxış edir. O, həmin müddətdə 9 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya Kubokunun və 4 dəfə Çempionlar liqasının qalibi ollub.

Argentinalı beşqat “Qızıl top” qalibidir. Messi Argentina millisinin heyətində 4 dünya çempionatında iştirak edib, ən yaxşı nəticəsi 2014-cü Braziliyada gümüş medal qazanması olub. O, bu turnirin ən yaxşı oyunçusu kimi tanınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}