Cebelitarık Ermənistanı məğlub etməklə tarix yazdı
Tarix: 14-10-2018 00:49 | Bölmə: İdman
Cebelitarık Ermənistanı məğlub etməklə tarix yazdı

UEFA Millətlər Liqasında gecənin sürprizi Cebelitarıktan gəlib.

Reyting.az xəbər verir ki, səfərdə Ermənistanı 1:0 məğlub edən Cebelitarık tarixindəki ilk rəsmi qalibiyyətini qazanıb.

Tarixi qalibiyyəti gətirən qolu 50-ci dəqiqədə onbirmetrlik cərimə zərbəsindən Cozef Chipolina vurub.

UEFA yarışlarında 2013-cü ildən bu yana mübarizə aparan Cebelitarık, 23-ci rəsmi oyununda ilk qalibiyyətini almağı bacarıb.

Cebelitarık daha əvvəl Malta və Latviyanı hazırlıq matçlarında məğlub etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}