16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Futbolçu olmaq üçün evdən qaçdı - Fotolar
Tarix: 14-10-2018 18:01 | Bölmə: İdman
Futbolçu olmaq üçün evdən qaçdı

Sürəti ilə qarşısındakı rəqib oyunçuları ovsunlayan “Liverpul”un seneqallı hücumçusu Sadio Mane uşaq ikən yaşadığı çətinliklər və futbolda yaşadığı anları, “Liverpul” televiziyasına verdiyi müsahibədə danışıb.

Reyting.az bildirir ki, "Liverpul"un ulduz futbolçusu həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Futbolçu olmaq üçün evdən qaçdı

Allahın mənə verdiyi xüsusiyyət budur

Sürətim üçün qeyri-adi çalışmamışam. Allahın mənə verdiyi bir xüsusiyyətdir. Məktəbdə də sürətimə görə daim məni yarışlara salardılar. Orada da çox uğur qazanırdım. Həmişə qaçırdım. Uzun məsafəyə də qaçıram.

Allaha güvənirəm

Futbolçu olmaq üçün evdən qaçdı

Hər çətin vaxtımda Allaha sığınıram və “Qurani-kərim” oxuyuram. Din mənim üçün çox əhəmiyyətlidir. İslamın qaydalarına hörmətlə yanaşıram və gündə 5 dəfə namaz qılıram.

Spirtli içki qəbul etmirəm, siqaret çəkmirəm

Futbolçu olmaq üçün evdən qaçdı

Bədənimə nəyin xeyir verəcəyini bilirəm. Xüsusi aşpazım var və mənə uyğun yeməklər hazırlayır. Sağlam şeylər yeməyi sevirəm. Spirtli içkidən istifadə etmirəm. Heç vaxt siqaret də çəkməmişəm.

Velosipedim yox idi, hər yerə piyada qaçırdım

Uşaqlıqda ayaqqabılarımı geyinir və yalnız qaçırdım. Heç vaxt velosipedim olmayıb, hər yerə yüyürə-yüyürə gedirdim.

Diouf əfsanədir

Əl Hadji Diouf, baxmaqdan kef aldığım ilk futbolçududur. 2002-ci il Dünya Kubokunda Fransaya qarşı atdığı qolu xatırlayıram. Məktəbdən qaçıb o oyunu izləmək üçün dostumun evinə getmişdim. Diouf tam bir qəhrəmandır.

Daha irəli gedəcəyimi bilirəm


25 yaşda hər şeyi əldə etdiyinizi deyə bilməzsiniz. Hələ də bir şeylər öyrənirəm. Nə qədər irəli gedə bilərəm, bunun üçün də çox məşq edirəm.

15 yaşımda evdən qaçmışam

Futbolçu olmaq üçün evdən qaçdı

Hələ 15 yaşında yaşadığım yeri tərk edib Seneqalın paytaxtı Dakara getdim. Çamadanımı yığdım, atam kimi gördüyüm birindən kömək istədim. “Dakara getmək istəyirəm, mənə kömək olarmısan” deyə soruşdum. Beləcə yola çıxdım.

10 nəfərlik evdə böyümüşdüm və...

Əmim və qohumlarımın də olduğu 10 nəfərlik bir evdə böyümüşəm. Gedəcəyimi heç kəs bilmirdi. Anam və atama belə deməmişdim. Gedincə hər kəs təlaşa düşmüşdü. Məni tapmaq və geri qaytarmaq üçün birini göndərmişdilər.

Kimsə mənə inanmadı

Ailəmdə heç kim futbolçu olacağama inanmamışdı. Məktəbi bitirdikdən sonra mənə “yaxşı futbolçu olmağı bu qədər çox istəyirsənsə, özünü sına o zaman” dedilər. Mən də sınadım.

Futbolçu olmaq üçün evdən qaçdı

Bu mövsüm Naby Keyta ilə bir yerdə olacağıq. Keyta mənim üçün dost deyil, qardaşdır. Daim danışırıq. Hər zaman “Liverpul” haqqında suallar verir. Mən də ona “bura fantastikdir” deyirəm.

Klopp məni həmişə istəyib

Futbolçu olmaq üçün evdən qaçdı

Klopp “Dortmund”da işləyərkən də məni çox istəyirdi. O zamanlar “Zalsburq”da oynayırdım və komandam transfer olmama icazə verməmişdi. “Liverpul”a gedəndə yenə də məni istədi. Doğru komandada doğru baş məşqçiyə qovuşdum.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}