“Arsenal”ın müdafiəçisi Fransa millisindən getdi
Tarix: 15-10-2018 11:58 | Bölmə: İdman
 “Arsenal”ın müdafiəçisi Fransa millisindən getdi

Londonun “Arsenal” klubunun müdafiəçisi Loran Koselni Fransa milli komandasındakı karyerasını başa vurduğunu bəyan edib.

Reyting.az xəbər verir ki, 33 yaşlı futbolçu milli komandada 2011-ci ildən çıxış edir.

O, ötən müddətdə 51 oyun keçirib və bir qol vurub.

Koselni 2018-ci il dünya çempionatının finalında Fransanın Xorvatiyanı məğlub edərək çempion olduğu oyunu zədəsinə görə buraxmışdı.

“Düşünürəm ki, mən Fransa millisinə bacardığım hər şeyi vermişəm. Komandada çox yaxşı nəsil toplaşıb, mənim millidəki karyeram isə başa çatıb.

Mən həmişəlik milli komandanın azarkeşi olaraq qalacağam. Ona görə ki, o, bizim ölkəmizi təmsil edir, lakin mən artıq burada oynamayacağam”, - Koselni vurğulayıb.

Koselni millinin heyətində 2016-cı ildə Avropa çempionatının gümüş mükafatını qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu