17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Almaniya millisi ilk dəfə 6 oyunda dalbadal uduzub
Tarix: 17-10-2018 18:57 | Bölmə: İdman
Almaniya millisi ilk dəfə 6 oyunda dalbadal uduzub

Almaniya millisi tarixində ilk dəfə bir təqvim ili çərçivəsində 6 oyunda məğlub olub.

Reyting.az xəbər verir ki, almanlar oktyabrın 16-da Millətlər liqasının qrup mərhələsində Fransa millisinə 1:2 hesabı ilə uduzublar.

Bundan əlavə, 2000-ci ildən bəri Almaniya iki rəsmi oyunda dalbadal məğlub olub.

Almanlar Fransadan əvvəl Hollandiyaya böyük hesabla (3:0) uduzmuşdular.

Almaniya millisi Millətlər liqasında 3 oyundan sonra 2 xal toplayıb və qrupda birinci yeri tutmaq şansını itirib. Qrupda 7 xalla Fransa komandası liderdir.

Bu il almanlar Braziliya və Avstriyaya yoldaşlıq oyunlarında da məğlub olublar. Rusiya keçirilən dünya çempionatında isə Meksika və Koreyaya uduzublar.

Yeri gəlmişkən, Fransa ilə oyunda Almaniyanın baş məşqçisi Yoahim Löv rekord müəyyən edib – milli komandanı 168-cı dəfə meydana çıxarıb.

Axırıncı uğursuzluqlara baxmayaraq, Almaniyanın futbol ittifaqı rekordçunu istefaya göndərməyi planlaşdırmır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}