Dünya çempionatının bürünc mükafatçısı "Real"ı çalışdıra bilər
Tarix: 20-10-2018 18:58 | Bölmə: İdman
Dünya çempionatının bürünc mükafatçısı "Real"ı çalışdıra bilər

Belçika millisini çalışdıran Roberto Martines “Real”ın baş məşqçi postuna namizədlərdən biridir.

Reyting.az bildirir ki, GolTV-nin məlumatına görə, “Kral klubu”nun rəhbərliyi 45 yaşlı mütəxəssisə komandanın indiki baş məşqçisi Xulen Lopeteqinin əvəzlənməsi üçün prioritet namizəd kmi baxır.

“Real”ın məşqçisi kimi daha bir namizəd “Çelsi”nin keçmiş çalışdırıcısıdır. Məlumata görə, Madrid klubu artıq Antonio Konte ilə danışıqlara başlayıb.

Xatırladaq ki, 52 yaşlı Lopeteqi “Real”a iyunun 15-dən, dünya çempionatının stratına bir sutka qalanda qalmaqalla İspaniya millisinin baş məşqçisi postunu tərk edəndən sonra rəhbərlik edir.

Bu qalmaqala səbəb onun İspaniya futbol federasiyasının rəhbərliyinin xəbəri olmadan danışıqlar aparması idi.

Roberto Martines 2016-cı ildən Belçika millisinə başçılıq edir. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında onun komandası bürünc medal qazanıb.

Bu, Belçika tarixində ən yaxşı nəticədir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}