12:06 / 13-11-2018
Sabahın hava proqnozu
"Bavariya" qələbəsiz seriyasını qırdı
Tarix: 20-10-2018 19:50 | Bölmə: İdman
"Bavariya" qələbəsiz seriyasını qırdı

Almaniya Bundesliqasının 8-cı turunda “Bavariya” səfərdə “Volfsburq”u böyük hesabla (3:1) məğlub edib.

Reyting.az xəbər verir ki, qalib komandanın heyətində iki dəfə Robert Levandovski (30 və 49-cu dəqiqələrdə) və 72-ci dəqiqədə Xames Rodriqes fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 63-cü dəqiqədə Vauter Veqorst vurub.

“Bavariya” 16 xal toplayaraq turnir cədvəlində ikinci yerə yüksəlib. “Volfsburq” isə 11-ci sırada (9 xalı var) qərarlaşıb.

Niko Kovaçın yetirmələri növbəti turda – oktyabrın 27-də səfərdə “Maynts”la, “canavarlar” isə həmin gün “Fortuna” ilə qarşılaşacaq.

Lider Dortmundun “Borrusiya” klubu “Ştutqart”ın qapısından 4 cavabsız top keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu