16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Mançester Siti” “Bernli”ni darmadağın edib lider oldu
Tarix: 20-10-2018 20:09 | Bölmə: İdman
“Mançester Siti” “Bernli”ni darmadağın edib lider oldu

“Mançester Siti” İngiltərə çempionatının 9-cu turunda öz meydanında “Bernli”ni 5:0 hesabı ilə məğlub edib.

Reyting.az-ın verdiyi xəbərə görə, “şəhərlilər”in heyətində Serxio Aquero, Bernardu Silva, Fernandinyo, Riyad Magrez və Leroy Sane hərəyə bir dəfə fərqlənib.

“Mançester Siti” bu qələbədən sonra 23 xal toplayıb və turnir cədvəlində birinci yerə yüksəlib. Hesabında 8 xal olan “Bernli” 13-cü sırada qərarlaşıb.

“Mançester Siti” növbəti turda səfərdə “Tottenhem”ə, “Bernli” isə öz meydanında “Çelsi”yə qarşı oynayacaq.

“Tottenhem” də bu turda qalib gəlib. London klubu səfərdə “Vest Hem”ə 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Erik Lamela vurub.

“Tottenhem” bu qələbə sayəsində 21 xal yığaraq turnir cədvəlində 3-cü sıraya yüksəlib. “Vest Hem” 7 xalla 15-ci yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}