12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Ronaldudan yeni rekord: Avropanın 5 çempionatında 400 qol vurub
Tarix: 20-10-2018 23:54 | Bölmə: İdman
Ronaldudan yeni rekord: Avropanın 5 çempionatında 400 qol vurub

Turinin “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Avropanın 5 böyük çempionatında 400 qol vuran dünyada ilk futbolçudur.

Reyting.az xəbər verir ki, 5 güclü çempionata İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa daxildir.

Ronaldu karyerası boyunca İngiltərənin “Mançester Yunayted” klubunda oynayıb və 196 oyunda 84 qol vurub.

Portuqaliyalı Madridin “Real” klubunda 292 oyuna 311 qola imza atıb.

2018-ci ilin yayında “Yuventus”a keçib və “Genoa” ilə oyunda İtaliya çempionatında 5-ci qolunu vurub.

Avropa çempionatlarında vurduğu topların sayına görə ikinci sırada İspaniyanın “Barselona” klubunda çıxış edən Lionel Messidir.

O, İspaniya çempionatında 426 oyunda 389 qol vurub.

Qeyd edək ki, bu dəqiqələrdə “Barselona” öz meydanında “Sevilya” ilə qarşılaşır.

Birinci hissədən sonra hesab 2:0 meydan sahiblərinin xeyrinədir. Qollardan birini Messi vurub.

Hissənin ortalarında sağ qolundan ciddi zədələnən argentinalı meydanı tərk etməli olub.

Reyting.az







Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu