Anrinin “Monako”da debütü uğursuz oldu - Foto
Tarix: 21-10-2018 00:31 | Bölmə: İdman
Anrinin “Monako”da debütü uğursuz oldu

Fransa çempionatının 10-cu turunda “Monako” səfərdə “Strasburq”a 1:2 hesabı ilə məğlub olub.

Reyting.az bildirir ki, bu oyun Tyerri Anrinin “Monako”da debütü idi.

Meydan sahiblərinin heyətində Adrien Tomasson və Lebo Motiba fərqləniblər.

Anrinin “Monako”da debütü uğursuz oldu

Qonaqların qolunu onbirmetrlik cərimə zərbəsindən Yuri Tilemans vurub.

Görüşün 66-cı dəqiqəsində monakolular azlıqda qalıb. Hücumçu Samoel Qransir oyuna girdikdən 2 dəqiqə sonra birbaşa qırmızı vərəqə alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu