10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
“Barselona” “Sevilya”nı məğlub etdi: Messi ağır zədələndi - Foto
Tarix: 21-10-2018 00:50 | Bölmə: İdman
“Barselona” “Sevilya”nı məğlub etdi: Messi ağır zədələndi

İspaniya çempionatının 9-cu turunda “Barselona” öz meydanında lider “Sevilya”nı qəbul edib.

Reyting.az xəbər verir ki, Kataloniya təmsilçisi 4:2 hesabı ilə qalib gəlməklə birinci yerə yüksəlib.

“Barselona”da Filippe Koutinyo, Lionel Messi, Luis Suares və İvan Rakitic fərqlənib.

Qonaq komandanın qollarını Pablo Sarabia və Luis Muril vurublar.

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi oyunun əvvəlində əlindən zədələnib.

“Barselona” “Sevilya”nı məğlub etdi: Messi ağır zədələndi

Görüşün 18-cı dəqiqəsində yerə uğursuz düşüb. Həkimlər əlini sarıyandan sonra Messi meydana qayıdıb, lakin 26-cı dəqiqədə əvəzlənməsini xahiş etməyə məcbur olub.

Onun yerinə oyuna Usman Dembele girib.

“Barselona” növbəti oyunda öz meydanında “Real” ilə qarşılaşacaq. Messinin həmin oyuna qədər zədəsini sağaldıb-sağaltmayacağı hələ ki məlum deyil.

Reyting.az






Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu