12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Serbiya millisi ilk dəfə dünya çempionu oldu
Tarix: 21-10-2018 18:44 | Bölmə: İdman
Serbiya millisi ilk dəfə dünya çempionu oldu

Serbiyanın qadınlardan ibarət voleybol üzrə milli komandası Yaponiyanın İokoqama şəhərində keçirilən dünya çempionatında İtaliya millisini 3:2 (21:25, 25:14, 23:25, 25:19, 15:12) hesabı ilə məğlub edərək tarixində ilk dəfə planetin ən güclü komandası olub.

Reyting.az bildirir ki, Serbiya voleybolçularının buna qədərki ən yaxşı göstəricisi 2006-cı il turnirində qazanılan üçüncü yer idi.

Serbiya həm də Avropa çempionudur. Bundan başqa, serblər 2016-cı il Olimpiadasında gümüş müdal qazanıblar.

Dünya çempionatında üçüncü yer uğrunda görüşdə Çin 3:0 hesabı ilə Niderlanda qalib gəlib.

Qadınlar arasında voleybol üzrə dünya çempionatı 1952-ci ildən keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu