12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular - Fotolar
Tarix: 22-10-2018 18:21 | Bölmə: İdman
Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular


Murmanskda “Birlik” milli mədəniyyətlər festivalı çərçivəsində milli-mədəni birliklər arasında mini-futbol yarışı keçirilib.

Reyting.az bildirir ki, Rusiyadakı azərbaycanlıların AZRU portalının məlumatına görə, yarış Murmansk şəhər administrasiyasının bədən tərbiyəsi və idman üzrə komitəsi ilə birgə təşkil olunub.

Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular

Turnirdə milli-mədəni birliklərin 6 komandası – azərbaycanlılar, gürcülər, çuvaşlar, özbəklər, qırğızlar və taciklər – iştirak edib.

Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular

Finala çıxmaq uğrunda ilk oyunda Çuvaşiya və Azərbaycan komandaları yüksəlib.

Nəticədə azərbaycanlılar böyük hesabla (22:7) qalib gəliblər. İkinci oyunda Gürcüstan komandası Tacikistanı 8:3 hesabı ilə mə

Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular

Üçüncü yer uğrunda yarışda Tacikistan Çuvaşiyaya14:6 hesabı ilə qalib gəlib.

Finalda Azərbaycan və Gürcüstan komandaları qarşılaşıb. Gərgin keçən oyunda Azərbaycan komandası 5:4 hesabı ilə qalib gəlib.

Azərbaycanlılar Rusiyada mini-futbol turnirinin qalibi oldular

Qalib komandanın üzvləri bunlardır: Elvin Əliyev (kapitan), Rüfət Kərimov, Famil Kərimov, Ruslan Nuriyev, Haldun Nuriyev, Vüsal İbrahimov.

Reyting.az





Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu